SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Nağıl saatı
06.09.2023-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasında “Yayı kitabla keçirək” layihəsinə əsasən 71 saylı “Heyran” körpələr evi-uşaq bağçasının böyük yaş qrupunun fidanları və müəllim heyətinin iştirakı ilə nağıl saatı təşkil edilmişdir. İlk öncə dünyanın sevinci olan uşaqların həyatında kitabların və kitabxananın əvəzsiz rolu olduğunu vurğulayan multimedia üzrə baş mütəxəssis Səbinə Qasımova onu qeyd etdi ki, uşaqların rəngarəng dünyasına maraq qatan nağılların özünəməxsus xüsusiyyəti və böyük əhəmiyyəti vardı. Daha sonra uşaqlar kitabxananın elektron nəşrlərindən olan səsli nağılları dinləyərək öz kiçik, lakin rəngarəng dünyalarına rəng çalarları qatmışlar.Tədbir ərəfəsində çıxış edən kitabxananın multimedia üzrə böyük mütəxəssisi Nəzakət Əliyeva uşaqların rəngarəng dünyasına həsr edilmiş nəfis tərtibatda hazırlanmış kitablarla tanış etmiş və onların oxu bacarıqlarını daha da inkişaf etdirmək üçün balaca fidanlarla birgə nağıl saatı təşkil etmişdir. Sonda çıxış edən 71 saylı Heyran körpələr evi-uşaq bağçasının müəlliməsi Dilarə Məmmədova yaradılan bu cür şəraitə görə kitabxana əməkdaşlarına dərin təşəkkürünü bildirmişdir. Körpə fidanlar kitabxanadan xoş təəssüratla ayrılmışlar.