SumgaitLibrary

+994 186520087


Nağıl saatı

05.09.2023-cü il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubun əməkdaşları tərəfindən “Yayı kitabla keçirək” layihəsinə əsasən və mütaliənin təbliği ilə əlaqədar olaraq "Gennius Center" tədris mərkəzində nağıl saatı keçirilib. Böyük mütəxəssis Səadət Allahverdiyeva ilk öncə kitab oxumağın faydaları haqqında danışıb, sonra uşaqlara kitabxananın fondunda yer alan “Üç ayı”, “Cırtdan”, ”Qızıl yumurta” və “Maşa və ayı” nağıllarını oxuyub. Maraqla qarşılanan tədbirin sonunda xatırə şəkilləri çəkilib.