SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
“Sevgimizi paylaşaq”
28.08.2023-cü il tarixində Səməd Vurğun adına Mərkəzi Kitabxananın Uşaq bölməsi və Qızıl Aypara Cəmiyyətinin birğə təşkilatçılığı, Uşaq bölməsinin böyük kitabxanaçısı Zübeydə Məmmədovanın təşəbbüsü ilə “Həssas saat” layihəsi çərçivəsində “Sevgimizi paylaşaq” adlı tədbir keçirilib. Moderator, yazıçı-dramaturq Hafiz Ataxanlı cəmiyyətdə hamımızın prinsiplərinin, qayğıkeşliyin, insanpərvərliyin hər zaman gərəkli olduğunu bildirib. Aparıcı qeyd edib ki, Uşaq bölməsində bu qəbildən tədbirlər artıq ənənə halını alıb. Dəfələrlə Uşaq bölməsinin müdiri Yeganə Hüseynova, böyük kitabxanaçı Zübeydə Məmmədovanın təşəbbüsləri və maddi dəstəkləri ilə kimsəsiz, qayğiya möhtac ahıllara zəruri ərzaq yardımı paylanıb. Sonra QAC Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova, MKS direktoru Natəvan Axundzadə, SOCAR Sumqayıt idarəsinin sosial məsələlər üzrə əməkdaşı Bəxtiyar Musayev, böyük kitabxanaçı Zübeydə Məmmədova çıxış edərək ölkədə sosial-humanitar siyasətin vacib əhəmiyyətindən danışdılar. Bu tədbirin cəmiyyətə sevginin paylaşması, humanizm ənənələrinin layiqli davamçılığı baxımından böyük töhfə olduğunu qeyd etdilər. Sonra kimsəsiz, ehtiyacı olan ahıllara ərzaq paylandı. Ağsaqqallar, ağbirçəklər bu diqqət, qayğıya görə təşəbbüskara və təşkilatçılara minnətdarlıq bildirdilər.