SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
“Zəfər ətirli qəhrəman”
21.08.2023-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasında bir qrup fəal oxucuların iştirakı ilə II Qarabağ Müharibəsinin avqust ayında anadan olan sumqayıtlı şəhidi XTQ giziri, kəşfiyyatçı Asiman Allahverdiyevin əziz xatirəsinə həsr edilmiş “Zəfər ətirli qəhrəman” adlı tədbir keçirilmişdir. Tədbir Vətən uğrunda canlarını fəda edərək ən uca məqama, şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirələrini bir dəqiqəlik sükutla yad etməklə başlanmışdır.Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia üzrə baş mütəxəssisi Səbinə Qasımova ilk olaraq Vətən müharibəsindən, əldə olunan qələbədən, Zəfər tarixindən və bu tarixi bizə yaşadan igid oğullarımızın qəhrəmanlığından söhbət açaraq bildirdi ki, Müzəffər Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı sayəsində torpaqlarımız 30 ildən sonra mənfur düşmənin işğalından azad olundu. Onlar ən çətin, lakin şərəfli bir yol keçdilər. Belə qəhrəmanlarımızdan biri də XTQ giziri, kəşfiyyatçı Asiman Allahverdiyevdir. O, Füzuli şəhərinə daxil olan ilk kəşfiyyatçılardan biri olmuşur. Qəlbi vətən sevgisi ilə daim döyünən Asiman Allahverdiyev kiçik yaşlarından vətənpərvər ruhda böyüyən igid qəhrəmanlardan biri idi. Vətənə olan sonsuz sevgisini o döyüş meydanında, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Daha sonra oxuculardan Bağırova Əminə, Rzayeva Xədicə, Əliyeva Nuray və Hüseynzadə Şahanə şəhidlərimizə həsr edilmiş şeir parçalarını səsləndirmişlər. Tədbir Asiman Allahverdiyevin həyat və döyüş yoluna həsr olunmuş videoçarxın izlənməsi ilə bitmişdir.