SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
“Yayı kitabla keçirək”
19.08.2023-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları tərəfindən Kids Academy tədris mərkəzinin təşkil etdiyi yay düşərgəsində “Yayı kitabla keçirək” layihəsinə əsasən açıq havada növbəti tədbir təşkil edilmişdir. Kitabxananın multimedia üzrə baş mütəxəssisi Səbinə Qasımova ilk olaraq böyüməkdə olan gənc nəslin inkişafında və təlim-tərbiyəsində kitabxanaların rolu, uşaqların kitaba, mütaliəyə marağın artırılması, onların asudə vaxtlarının daha maraqlı və səmərəli keçməsi üçün kitabxanaların fəaliyyəti haqqında məlumat vermişdir. Uşaqlara kitaba marağı erkən yaşlarından aşılamağın vacibliyini vurğulayan Səbinə Qasımova qəhrəmanları tarixi şəxsiyyətlər, səyyahlar, məşhur insanlar, dənizin sakinləri olan, hər yaş və zövqə uyğun, nəfis tərtibatlı yeni əsərlərdən ibarət təşkil edilmiş kitab sərgisi ilə onları yaxından tanış etmişdir. Daha sonra tədbir yay düşərgəsinin uşaqları arasında maraqlı, müxtəlif yarışlarla zəngin mütaliə saatı ilə davam etmişdir. Sonda Kids Academy tədris mərkəzinin müdiri Tamilla Musayeva bu cür maraqlı sərgilərin təşkilinə və düşərgədə iştiraklarına görə kitabxana əməkdaşlarına dərin təşəkkürünü bildirmişdir.