SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Dəyirmi masa
27.05.2023-cü il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 28 May Müstəqillik günü ilə əlaqədar “Tariximizin parlaq səhifəsi” adlı dəyirmi masa keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.Kitabxananın əməkdaşı Yetər Camalova çıxış edərək qeyd edib ki, 28 May Müstəqillik günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib.Sonra şagirdlər mövzu ilə bağlı çıxışlar edib.Sonda kitabxana əməkdaşlarının hazırladığı videoçarx nümayiş olunub.