SumgaitLibrary

+994 186520087


Ekskursiya

26.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanasının əməkdaşlarının təşkilatçılığı ilə 28 May Müstəqillik Günü ərəfəsində 5 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi Bayraq Muzeyinə ekskursiya ediblər. Muzeyin direktoru Günay İmanova tədbir iştirakçılarına muzey haqqında məlumat verdi. Muzey ilə tanış olandan sonra, dəyirmi masa ətrafında tədbir davam etdirildi. Kitabxananın Xidmət şöbəsinin müdiri Nailə Əsgərova tədbiri açıq elan edərək, Azərbaycan Xalq Cümhuriyyətinin mahiyyəti və önəmi haqqında məlumat verib. 28 May Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunub, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu vurğulayıb. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqının özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının yaratması mövzusunda 5 nömrəli tam orta məktəbin təşkilatı işlər üzrə direktor müavini Arzu Əliyeva, “Cümhuriyyət xadimləri” mövzusunda Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Əhmədova, “Cümhuriyyət bədii ədəbiyyatda” mövzusunda kitabxananın əməkdaşı Sevda Məhəmmədova məruzə ediblər. Şagirdlərdən Banuçiçək Məşiyeva, Şəhla Əhmədova, Dilbər Məmmədova müstəqilliyə, vətənə, bayrağa həsr olunan şeirlər səsləndiriblər.