SumgaitLibrary

+994 186520087


Görüş

25.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli M.Ə.Rəsulzadə adına Kitabxana filialda kitaba, mütaliəyə marağın artırılması, asudə vaxtın daha maraqlı və məzmunlu təşkili məqsədilə “Günün kitabla keçsin” layıhəsinə uyğun olaraq AYB-nin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinlə “Oxucu ilə üz-üzə” adlı görüş keçirilib. Tədbirdə Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının Kitab klubunun üzvləri və şairənin yaxın qələm dostları iştirak ediblər. Kitabxananın böyük kitabxanaçısı Şərəf Əliyevanın Gülnarə Cəmaləddinin şeirlərindən ibarət hazırladığı videoçarx nümayiş olunduqdan sonra, kitabxanaın müdiri Ofelya Qafarova qonaqları salamladı və şairənin həyat və yaradıcılıq yolu haqqında qısa məlumat verdi. Tədbir boyu həm tələbələr, həm də qələm dostları Gülnarə Cəmaləddinin şeirlərini səsləndirib, şairə ona ünvanlanan sualları cavablandırıb. Sonda Gülnarə Cəmaləddin yaradılan şəraitə görə zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, xatirə şəkilləri çəkilib.