SumgaitLibrary

+994 186520087




25.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Mərkəzi Uşaq Kitabxanasında 28 May Müstəqillik Günü münasibətilə “Cümhuriyyət tarixinə baxış” adlı viktorina təşkil təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Kitabxananın multimedia üzrə böyük mütəxəssisi Səbinə Qasımova tədbiri açıq elan edərək, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin mahiyyəti və tariximiz üçün olan önəmi haqqında məlumat verib. “Cümhuriyyət tarix”, “Cümhuriyyət qurucuları”, “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzuları üzrə üç turdan ibarət olan viktorinada 18 nömrəli tam orta məktəbin altı və yeddinci sinif şagirdləri üzrə hər biri 5 nəfərdən ibarət “Cümhuriyyət”, “Hürriyyət”, “İstiqlaliyyət”, “Xarıbülbül” komandaları yarışıb. Münsiflər heyəti tərəfindən bilik yarışmasının qalibi “İstiqlaliyyət” komandası seçilib. Qaliblər müxtəlif hədiyyələr ilə mükafatlandırılıb. Mükafatlandırma mərasimində çıxış edən S.Vurğun adına Mərkəzi Kitabxananın metodika-biblioqrafiya şöbəsinin müdiri Təranə Hüsiyeva qürur yerimiz, hər bir vətəndaşın bilməyə borclu olduğu şanlı tariximizlə bağlı biliklərimizi yoxlamaq, bilmədiyimiz məqamları öyrənmək məqsədilə təşkil edilmiş tədbirin əhəmiyyətini vurğulayıb, bu tarixi bizlərə yaşadanları, "öncə Vətən deyib" hər çətinliklərə sinə gələrək adarını tarixə əbədi yazan cümhuriyyət qurucularını dərindən öyrənməyi və hər zaman hörmətlə anmağı tövsiyə edib.