SumgaitLibrary

+994 186520087


Şeir dəqiqələri

23.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nizami Gəncəvi adına Kitabxana Klubda 34 nömrəli tam orta məktəbin 2 a sinif şagirdlərinin iştirakı ilə dahi Azərbaycan şairi, inqilabçı-satirik, Mirzə Ələkbər Sabirin 161 illiyinə həsr olunan Sabir poeziya günləri çərçivəsində “Bir əsrin dərdindən doğulan şair” adlı şeir dəqiqələri keçirilib.Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Məhparə Bağırova şairin həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd edib ki, əsərlərinin çoxunda şair istismarçı siniflərin nümayəndələrini danışdırmaq üsülundan istifadə edir. Belə əsərlərdə mənfi sürətin özü eyiblərini etiraf edib, daxili aləmini açır. O,öz sözləri ilə oxucunu özünə güldürür. Sonra şagirdlər şairin yaradıcılığından müxtəlif şeirlər səsləndiriblər. Kitabxana əməkdaşlarının M.Ə.Sabir haqqında hazırladıqları videoçarx nümayış olunduqdan sonra şagirdlər şairin kitabxananın fondunda yer alan kitabları ilə tanış olublar. Sonda məktəbin müəllimi İlhamə Rzayeva çıxış edərək Azərbaycan ədəbiyyatında önəmli yer tutan ədiblərin yaradıcılığına həsr olunan bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.