SumgaitLibrary

+994 186520087


Görüş

22.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli S.Vurğun adına Mərkəzi Kitabxanada “Oxucularla üz-üzə” silsiləsindən yazıçı-publisist Yunus Oğuzla görüş keçirilib. Tədbir Yunus Oğuzun həyat və yaradıcılığını özündə əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e Natəvan Axundzadə tədbiri açıq elan edərək, gələn qonaqları salamlayıb, Yunus Oğuzun həyat və yaradıcılığı, tarixi roman yazarlığı fəaliyyətində qazandığı müvəffəqiyyətlər haqqında iştirakçılara məlumat verib. Sonra torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. “Bədii sözün işığında” adlı sərgi haqqında kitabxananın əməkdaşı Xəyalə Seyidnurova iştirakçılara məlumat verdikdən sonra, söz Yunus Oğuza verildi. Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Əli Kərim adına Poeziya evinin direktoru, şair İbrahim İlyaslı, yazıçı-dramaturq Əyyub Qiyas, SDU-nun Filologiya fakültəsinin tələbələri, kitabxananın əməkdaşları Gülnar Ümid, Səfurə Nəcəfova, Pərvanə Qasımova çıxış edərək, fikirlərini bildirdilər. Onlar Yunus Oğuzun yaradıcılığından əsrin bəlası narkomaniyaya həsr olunan "Uçurum", Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunan "Cığır" və digər tarixi romanlar haqqında fikirlərini bildirdilər. Daha sonra yazıçı-publisist Yunus Oğuz tədbir iştirakçılarının suallarını cavablandırdı. Sonda xatirə şəkilləri çəkildi.