SumgaitLibrary

+994 186520087


Nağıl saatı

22.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Mərkəzi Uşaq Kitabxanasında Kids Akademy Tədris Mərkəzinin azərbaycan bölməsi üzrə aşağı yaş qrupu şagirdlərinin və müəllim heyətinin iştirakı ilə “Xoşbəxt nağılların izi ilə” adlı layihə çərçivəsində növbəti nağıl saatı keçirilib. Tədbirdə kitabxananın multimedia üzrə mütəxəssisi Elza Həsənova həyatımızın əvəzsiz bir parçası olan kitabın və kitabxanaların uşaq dünyasında rolu, uşaq folklor nümunələrinin, xüsusilə nağılların özünəməxsus xüsusiyyətləri haqqında danışıb, fransız yazıçısı Jan de Lafontenin “Aslanın ədaləti” və “Mirvari tapan xoruz” nağılları əsasında hazırladığı kukla tamaşasını təqdim edib. Sonra o, Nicat Əliyevin kitabxanaya yeni daxil olmuş və 3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş “Ailədə əxlaq və davranış qaydaları”, “Cəmiyyətdə davranış qaydaları” adlı kitabları üzrə söhbət aparıb. Tədbir boyu uşaqlar əyləncəli tapmacaları cavablandırıb, atalar sözləri söyləyib, yeni uşaq kitabları ilə tanış olublar. Kitabla, kitabxana ilə hər tanışlığın uşaqlarda böyük iz buraxdıxğını vurğulayan Kids Akademiya Tədris Mərkəzinin müəllimləri Təhminə Orucova və Xuraman Quliyeva Mərkəzi Uşaq Kitabxanasının əməkdaşlarına səmimi qarşılanmaya, əyləncəli tədbirə görə dərin təşəkkürlərini bildiriblər.