SumgaitLibrary

+994 186520087


Mütaliə saatı

20.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Mərkəzi Uşaq Kitabxanasında uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək, sağlam əqidəli, iradəli, mənəviyyatlı gənclər yetişdirmək üçün onların milli-mənlik şüurunun inkişafına və vətənpərvərlik hisslərinin artmasına təsir göstərmək məqsədilə N.Tusi adına 12 nömrəli tam orta məktəbin 1c sinif şagirdlərinin iştirakı ilə “Əylənərək oxuyaq” adlı mütaliə saatı keçirilib. Asudə vaxtın ən ideal məşğuliyyətinin mütaliə olduğu və onun cəmiyyətdə rolu haqqında giriş sözü ilə tədbiri açan kitabxananın multimedia üzrə böyük mütəxəssisi Nəzakət Əliyeva, elmi və bədii əsərlərin mütaliəsinin məktəblilərin mənəvi kamilləşməsinə, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşmasına və onlarda dünyagörüşün zənginləşməsinə xidmət etdiyini vurğulayıb. O, kitab seçimində müəllim və valideynlərə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq milli ruhumuzu, adət-ənənələrimizi özündə ehtiva edən kitabların mütaliəsini məsləhət edib.