SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Kitab təqdimatı
19.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli M.Ə.Rəsulzadə adına Kitabxana filialda Azərbaycan Yazıçılarlar Birliyinin üzvü, istedadlı şair Elbrus Qayalının şəhidlərə həsr olunmuş “Ana harayı” kitabının təqdimatı keçirilib. Tədbirdə şəhid ailələri, şairin qələm dostları 14, 27, 37 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Əvvəlcə vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirildi. Tədbiri açıq elan edən kitabxananın müdiri Ofelya Qafarova qeyd edib ki, yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik ruhunda tərbiyə olunması işindən, peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. Şəhid Şahbaz Kərimov, Baba Allahverdiyev, Elvin Məhərrəmov, Emil Əbdüləzimliinin ailə üzvləri onların qəhrəmanlığı haqqında danışıb, şəhidlərimizin əbədiyaşar olduqlarını qeyd ediblər. Şəhid ailələrinin nümayəndələri dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətlərinin yüksək qiymətləndirildiyini, xatirələrinin əbədiləşdirildiyini, xatirə kompleksləri, bulaqlar, park və xiyabanlar, guşələr yaradıldığını, yazıçı və şairlərimizin, jurnalistlərin onlar haqqında qiymətli əsərlər, məqalələr yazdığını, filmlər çəkildiyini, televiziya və radio verilişləri hazırlandığını yüksək qiymətləndiriblər və bütün görülən işlərin da onlar üçün böyük təsəlli olduğunu qeyd ediblər. Cıxış edənlər vurğulayıblar ki, vətənpərvərlik mövzularına həsr olunmuş tədbirlərin keçirilməsi şagirdlərdə qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hisslərin yaranmasında və dərinləşməsində mühüm rol oynayır. Tədbir boyu şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.