SumgaitLibrary

+994 186520087


Ekskursiya

19.05.2023-cü il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq bölməsinə evdə fərdi təhsil alan məktəbəqədər uşaqların “Xoş gəldin, balaca dost” adlı ekskursiyası təşkil edilmişdir. Uşaq şöbəsinin böyük mütəxəssisi Z.Məmmədova kitabxanaya ilk dəfə gələn körpə uşaqları qarşılayaraq, onları kitab fondu, oxu zalı,kiçik abonement və nağıl otağı ilə tanış etdi.Daha sonra kitabxanaya yeni daxil olmuş kitablar haqqqında məlumat verdi. Daha sonra onlara türk ədəbiyyatından Kaya Hüseynin kitab və mütaliə sevgisi haqqında yazdığı "Biblio fil" hekayəsini oxudu. Sonda evdə məktəbəqədər uşaqların erkən yaş dövründə onların məktəbə hazırlığı üçün əmək sərf edən Esmira müəllimə Şabanova isti qarşılanma üçün kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirdi.