SumgaitLibrary

+994 186520087


Görüş

17.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli S.Vurğun adına Mərkəzi Kitabxanada “Oxucularla üz-üzə” silsiləsindən şair-tərcüməçi, Türk Edebiyyatı Vakfının Fəxri üzvü, Əli Kərim adına Sumqayıt şəhər Poeziya evinin direktoru İbrahim İlyaslı ilə görüş keçirilib. Tədbir İbrahim İlyaslının həyat və yaradıcılığını özündə əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e Natəvan Axundzadə tədbiri açaraq, gələn qonaqları salamladıqdan sonra, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra şair İbrahim İlyaslı oxuculara öz tərcümeyi halından danışıb, şeirlərini səsləndirib, oxucuların suallarını cavablandırıb. SDTK-in tələbələri Nərmin Kərimli və Nilufər İsgəndərli şairin “Torunu sudan çək, balıqçı baba” şeirini söyləyiblər. Daha sonra kitabxananın Uşaq bölməsinin əməkdaşı Hüseynova Yeganə xanımın hazırladığı videoçarx şairə hədiyyə edilib. Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin sədri Şahin Şəfiyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Leyla Dadaşova, gənc yazarlar Elvin Əlizadə, Gülnar Hüseynova, SDU-nin filologiya fakultəsinin və SDTK-nin tələbələri iştirak ediblər. Tədbir boyu şairin şeirlərindən ibarət videoçarxlar nümayiş olunub. Sonda xatirə şəkilləri çəkilib.