SumgaitLibrary

+994 186520087


Nağıl saatı

16.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Mərkəzi Uşaq Kitabxanasının 70 illik yubileyi münasibətilə tərtib edilmiş tədbirlər planına əsasən Kids Akademy Tədris Mərkəzinin rus bölməsinin aşağı yaş qrupu şagirdlərinin və müəllim heyətinin iştirakı ilə “Xoşbəxt nağılların izi ilə” adlı nağıl saatı keçirilib. Tədbirdə kitabxananın multimedia üzrə baş mütəxəssisi Səbinə Qasımova 1953-cü ilin noyabr ayından fəaliyyətə başlamış yubilyar kitabxananın yaranma tarixi, keçdiyi şərəfli yol haqqında qısa məlumat verib, həyatımızın əvəzsiz bir parçası olan kitabın və kitabxanaların uşaq dünyasında rolu haqqında danışıb. Sonra uşaqlar şifahi xalq ədəbiyyatının ən qədim və daha çox yayılmış qolu olan nağılların özünəməxsus xüsusiyyətləri haqqında məlumatları dinləyib, Kids Akademiyanın müəllimi Cəmilə Vəliyevanın kitabxana əməkdaşları ilə birgə xüsusi peşəkarlıqla təqdim etdiyi kukla tamaşalarını izləyib, təbiət hadisələri, güllər və heyvanlar haqqında tapmacaları cavablandırıb, sevdikləri nağıl qəhrəmanlarının mənfi və müsbət xüsusiyyətlərini söyləyiblər. Sonda Kids Akademiya Tədris Mərkəzinin müəllimləri Vüsalə Məmmədova,Cəmilə Vəliyeva, Orucova Təhminə, Xuraman Quliyeva körpə fidanlarla birgə şirin, şəkər nağılların sorağı ilə üz tutduqları Mərkəzi Uşaq Kitabxanasının işgüzar kollektivinə səmimi qarşılanmaya, faydalı məsləhətlərə görə dərin təşəkkürlərini bildirib, bu yubiley ilində onlara daha böyük uğurlar, bol nailiyyətlər arzulayıblar.