SumgaitLibrary

+994 186520087


Ədəbi - bədii kompozisiya

12.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli M.Ə.Rəsulzadə adına kitabxana filialda 2023-cü ilin “Heydər Əliyev ili“ elan edilməsi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Heydər adlı zirvə” başlığı altında ədəbi-bədii kompozisiya təşkill olunub. 24 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivnin iştirak ilə baş tutan tədbirdə əvvəlcə Uu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri kitabxananın əməkdaşı Məlahət İsgəndərova açıq elan edərək bildirib ki, təşkil edilmiş tədbirin əsas məqsədi böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin şanlı tariximizdəki əbədi və dəyişməz rolunu bir daha şagirdlərə aşılamaqdır.