SumgaitLibrary

+994 186520087


Görüş

12.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nizami Gəncəvi adına Kitabxana Klubda Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə Sumqayıt MKS-nin irəli sürdüyü “Bizi tanıdanları biz də tanıdaq” lahiyəsinə uyğun olaraq 44 günlük Vətən müharibəsi qazisi, baş leytenant, Füzuli rayonunun “Vilayət postu” deyilən istiqamətindən başlayaraq, Hadrut qəsəbəsini, Qaraxanbəyli, Yuxarı və Aşağı Qaraxanbəyli, Merdinli və Seyidəhmədli kəndlərinin alınmasında qəhrəmanlıqla iştirak edən Pərvin Dövlət oğlu Abdullayev ilə görüş keçirilib.Tədbir torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Kitabxana Klubun müdiri Ülviyyə İsayeva çıxış edərək ilk öncə bu lahiyənin əhəmiyyətindən, daha sonra Vətən müharibəsində yenilməz ordumuzun şücaətindən danışıb. Sonra söz qonağa verilib. Pərvin Abdullayev 44 günlük müharibədə iştirakından, xatirələrindən söz açaraq, igid əsgərlərimizin göstərdikləri şücaətdən, qorxu bilmədən irəliləyib torpaqlarımızı azad etməklərindən danışıb. Şagirdlərin çoxsaylı suallarını cavablandırdıqdan sonra o, yeniyetmələrin vətənpərvər yetişməsi, təhsilin önəmli olması haqqında öz tövsiyələrini verib. Kitabxananın əməkdaşı Lalə Ağayeva kitabxanada təşkil olunan “Qarabağ Azərbaycandır” başlıqlı sərgi haqqında məlumat verib. Sonda tədbirdə iştirak edən Sumqayıt MKS-in metodika şöbəsinin müdiri Təranə Hüsiyeva mövzu ilə bağlı çıxış edərək, şagirdlərə öz tövsiyələrini çatdırıb.