SumgaitLibrary

+994 186520087


Diskussiya

11.05.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşları Sumqayıt Gənclər evində Beynəlxalq Ailə Günü ilə əlaqədar “Ailə milli mənəvi dəyərlərin daşıyıcısıdır” adlı diskussiya keçiriblər. 15 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə baş tutan tədbirdə, Mərkəzi Kitabxananın əməkdaşı Xəyalə Seyidnurova Beynəlxalq Ailə Günündən bəhs etməklə ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması, milli-mənəvi və dünyəvi dəyərlərin həyata keçirilməli olduğunu vurğulayıb. Tədbirdə 15 nömrəli tam orta məktəbin psixoloqu Turanə Kəlbəliyeva “Ailə dəyərlərimiz” adlı təqdimat nümayiş etdirib. O, çıxış edərək ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Məktəblilərlə psixoloji tapşırıqlar həyata keçirilməklə yanaşı, tədbir sual-cavab ətrafında davam edib. Sonda vurğulanıb ki, ailə o zaman seçilən ailə olur ki, onun qoynundan dünyaya milli duyğulu, vətən sevgili, bəşəri düşüncəli övladlar pərvazlansın. Sevinirik ki, Azərbaycanda belə nümunəvi ailələr var və olacaqdır.