SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

16.03.2023-cü il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın əməkdaşlarının təşkilatçılığı ilə 5 saylı tam orta məktəbdə Cabir Novruz-90 illik yubileyi ilə əlaqədar “Məni axtararsınız şeirlərimdə...” poeziya dəqiqələri keçirildi. Tədbirdə 5 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın əməkdaşı Seyidnurova Xəyalə açaraq, Cabir Novruzun həyat və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verdi. O vurğuladı ki Cabir Novruzun poeziyası 20 ci əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil etməklə yanaşı, onun əsərlərində Milli irsimizin zəngin ənənələrinin müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Daha sonra Mərkəzi kitabxananın əməkdaşı Məhərova Gülarə Cabir Novruzun kitablarından şagirdlərə biblioqrafiq xülasə verdi. Sonda məktəbin 8 ç sinfinin şagirdləri şairin şeirlərini söylədilər.