SumgaitLibrary

+994 186520087


"Tarix yaradan şəxsiyyət”

13.03.2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev ili” elan olunub. Bu münasibətlə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli S.Vurğun adına Mərkəzi Kitabxananın kollektivi Sumqayıt Şəhərinin Tarixi Muzeyində “Tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” adlı tədbir keçirib. Dəyirmi masa ətrafında “Heydər Əliyev fenomeni, Heydər Əliyev şəxsiyyəti”, “Heydər Əliyevin müdrik kəlamları”, “Heydər Əliyev dünya liderlərinin və tanınmış şəxslərin gözündə”, “Heydər Əliyevin ordu quruculuğundan tarixi qələbəyə”, “Heydər Əliyev və təhsil”, “Heydər Əliyev və uşaqlar” mövzusunda çıxışlar olunub. Tədbirdə kitabxananın əməkdaşları, Zülfi Hacıyev adına 17 nömrəli, 14 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri iştirak ediblər.