SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

12.03.2023-cü il tarixində M.Ə.Sabir adına Kitabxana filial 35 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri və məktəb kitabxanasının əməkdaşlarının iştirakı ilə görkəmli şair Cabir Novruzun – 90 illiyi ilə əlaqədar olaraq “Məni taparsınız şeirlərimdə” adlı poeziya dəqiqələri keçirib. Tədbiri giriş sözü ilə açan kitabxana filialın böyük mütəxəsisi Bəturə Lazımova şairin həyat və yaradıcılığı və kitabları haqqında məlumat verdi. Şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Məktəb kitabxansının müdiri Nəzakət İmamova çıxış edərək qeyd etdi ki, şairin tərcümeyi-halı poeziyası ilə ahəngdardır. O, müharibənin ağrı-acılarını öz taleyində daşıyan nəslin nümayəndəsidir. C.Novruz poeziyası sadəliyi və emosionallığı ilə diqqəti cəlb edir. Elə buna görədir ki, onun şeirlərinə çoxlu mahnılar yazılıb. Şairin sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb. Tədbirin sonunda şagirdlər Ağabəyli Banuçiçək, Jalə Vəlizadə, Nigar Rəhimova, Zəhra Əmiraslanlı və başqaları şairin şeirlərini səsləndirdilər.