SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

12.03.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nizami Gəncəvi adına Kitabxana Klubda 34 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin və kitabxanaçılarının iştirakı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Cabir Novruzun 90 illiyinə həsr olunan “Axtararsınız məni şeirlərimdə” adlı poeziya dəqiqələri keçirilib. İlk öncə kitabxananın multimedia mütəxəssisi Mehparə Bağırova şair haqqında danışaraq qeyd edib ki, Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır. Sonra şagirdlərin ifasında şairin “Mənim muğamatım”,”Sağlığında qiymət verin insanlarta”, “Cavanlığım”, “Yuxuda o taya keçdim bu gecə” və digər şeirləri dinlənilib. Sonda kitabxana əməkdaşlarının Cabir Novruz haqqında hazırladıqları videoçarx nümayiş olunub və onun “Cavanlığım” şeirinə bəstələnən mahnı səsləndirilib.İştirakçılar maraqlı tədbir üçün kitabxana əməkdaşlarına təşəkkür ediblər.