SumgaitLibrary

+994 186520087


Məlumat günü

12.03.23-cü il tarixində Gənclər kitabxanasında Azərbaycanın ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun 90 illik yubileyi ilə əlaqədar “Sağlığında heykəl qoyun ölməzlərə” adlı məlumat günü keçirilmişdi. Kitabxananın multimedia mütəxəssisi Sürəyya Əbdürrəhmanova şairin həyat və yaradıcılığı haqqında danışaraq qeyd etdi ki, Cabir Novruz poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Sonra Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” adlı şeirindən bir parça səsləndirərək şairin həyat və yaradıcılığından bəhs edən kitab və dövri mətbuat nəşrlərini özündə əks etdirən “Bizim yubilyarlar” adlı sərgi ilə oxucuları tanış etdi.