SumgaitLibrary

+994 186520087


Kompozisiya

10.03.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nizami Gəncəvi adına Kitabxana klubda Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin 2-ci sinif şagird, müəllim və valideynlərinin iştirakı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Xalq üçün yaşayan ömür” adlı kompozisiya keçirilib. Kitabxananın böyük mütəxəssisi Səadət Allahverdiyeva Ulu Öndərin həyat və çoxşaxəli fəaliyyəti haqqında çıxış edərək bildirib ki, Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Sonra şagirdlər Ümummilli Liderə həsr olunan şeirlərdən ibarət kompozisiya və “Heydər babanın nəvələriyik” adlı mahnı ilə çıxış ediblər. Kitabxana əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videoçarx nümayiş olunduqdan sonra, tədbir iştirakçıları “Azərbaycanın özü qədər əbədi” başlıqlı sərgidə əks olunan kitablar, dövrü mətbuat materialları ilə tanış olublar. Sonda məktəbin müəllimi Nigar Əlili maarifləndirici və maraqlı tədbirə görə kitabxana əməkdaşlarına təşəkkür edib.