SumgaitLibrary

+994 186520087


Ekskursiya

09.03.2023-cü il tarixində H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən 60 nömrəli Körpələr evi-uşaq bağçasının körpə fidanları müəllim heyəti ilə birgə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Mərkəzi Uşaq Kitabxanasına ekskursiya ediblər. Kitabxananın multimedia üzrə baş mütəxəssisi Səbinə Qasımova balacaları əvvəlcə kitabxana ilə, rəngarəng kitablarla tanış edib, sonra onlara kitabla düzgün rəftar etməyi öyrədib. Ekskursiya vaxtı uşaqlar oxu zalında Azərbaycan nağıllarını dinləyib, nağıl qəhrəmanları haqqında maraqlı tapmacalara və məntiqi suallara cavab verib, kitabxana əməkdaşlarının dünya və milli uşaq ədəbiyyatı nümunələri əsasında hazırladıqları videoçarxları, “Qoğal”, “Qırmızıpapaq” kukla tamaşalarını izləyiblər. Balaca ziyarətçilər böyük zövqlə müxtəlif ölçülü kitablara, “danışan kitablar”a, rəngarəng uşaq ensiklopediyalarına və jurnallara baxıblar. Sonda 60 nömrəli Körpələr evi-uşaq bağçasının müdiri Leyla Bayramova səmimi qarşılanma və maraqlı məlumatlara görə kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirib. Balaca fidanlar kitabxanadan şən əhval-ruhiyə ilə ayrılıblar.