SumgaitLibrary

+994 186520087


Şeir dəqiqələri

07.03.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nizami Gəncəvi adına Kitabxana Klubun əməkdaşları 34 saylı tam orta məktəbin 2-ci sinfində 8 Mart Qadınlar bayramı ünasibəti ilə “Dünyada ən uca zirvədir qadın” adlı şeir dəqiqələri keçirmişdir. Multimedia mütəxəssisi Hacıyeva Mətanət ilk öncə 8 Mart bayramının yaranması haqqında şagirdlərə məlumat verdi.Sonra şagirdlər 8 Mart bayramına həsr olunmuş şeirlər səsləndirdilər.