SumgaitLibrary

+994 186520087


"Sənətkar ömrü"

07.03.2023-cü il tarixində Hacı Zeynalabdin qəsəbə kitabxana filialı Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət məktəbində Xalq rəssamı Salam Salamzadənin anadan olmasının 115-ci ildönümünə həsr olunmuş tədbir keçirdi.Tədbirdə məktəbin təsviri-sənət şöbəsinin müəllimi, fəxri mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəsibə Şükürova və məktəbin şagirdləri iştirak edirdi. Kitabxana filialın əməkdaşı Reyhan Mustafayeva xalq rəssamı Salam Salamzadənin həyatı haqqında məlumat verdi. Daha sonra Nəsibə müəllimə rəssamın yaradıcılıği, yaratdığı sənət əsərləri haqqında geniş məlumat verdi. Tədbirdə "Sənətkar ömrü" başlıqlı sərgi nümayiş olundu.