SumgaitLibrary

+994 186520087


Səhərcik

07.03.2023-cü il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin 43 nömrəli uşaq bağçası ilə birlikdə Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi “Anam sevdirmiş mənə bu vətəni, bu eli” adlı səhərcik keçirilib.Tədbir 43 nömrəli uşaq bağçasının məktəbəqədər qrupları ilə birlikdə keçirildi.Uşaq şöbəsinin multimedia üzrə mütəxəssisi Lalə Muradova iştirakçıları bayram münasibətilə təbrik etdi və xoş arzularını bildirdi.Sonra əlamətdar günlə bağlı məlumat verərək bildirdi ki, Azərbaycan qadını həmişə öz mərdliyi, dözümü, paklığı, məsumluğu, məhəbbət və sədaqəti, isməti ilə yüksəkdə durmuşdur.Bəşər övladı nail olduğu hər şey üçün yalnız anaya-qadına borcludur. Qadınlar həmişə hörmətə və diqqətə layiqdirlər. Sonra uşaqlar qadına, anaya həsr edilmiş müxtəlif şeirlər söylədilər. “Meşədəki ev” nağılı əsasında hazırlanan səhnəcik nümayiş etdrildi, yanıltmaclar, lətifələr söylənildi. Uşaqların xorla “Anacan” mahnısını ifa etməsi, “Dəniz matrosları” və “Şən uşaqlar” musiqisinin sədaları altında rəqs etməsi tədbiri daha da canlandırdı. Sonda 43 nömrəli uşaq bağçasının müdiri Mahirə Əhmədova iştirakçıları bayram münasibətilə təbrik edərək onlara xoş arzularını bildirdi.