SumgaitLibrary

+994 186520087


Maarifləndirmə saatı

06.03.2023-cü il tarixində Gənclər Kitabxanasında “2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Əbədi və ölməz Heydər Əliyev dühası” adlı maarifləndirici saat keçirilmişdir. Kitabxananın multimedia üzrə böyük mütəxəssisi Rəhilə Bağırova ulu öndərin həyat və çox şaxəli fəaliyyəti haqqında danışaraq qeyd etdi ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Sonra "Tarixin azərbaycanlı dahisi” adlı sərgidə əks olunan kitablar, dövri mətbuat jurnalları haqqında oxuculara məlumat verdi. Sonda tədbir iştirakçıları sərgidə nümayiş olunan kitablarla yaxından tanış olaraq kitabxana əməkdaşlarına maarifləndirici tədbirə görə təşəkkür etdilər.