SumgaitLibrary

+994 186520087


Məlumat saatı

04.03.2023-cü il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda “Türkün yumruğu sərt, ürəyi sərt” mövzusunda məlumatlandırma keçirilib.Kitabxananın multimedia mütəxəssisi Məlahət İsgəndərova oxuculara məlimat verərərək bildirib ki, əsas məqsəd gənclərdə vətənə dərin məhəbbət, vətənin tərəqqisi üçün çalışmaq və vətənin bütün maddi və mənəvi sərvətlərini  daima qorumaq və artırmaq,onu müdafiə etmək hissləri aşılamaqdan ibarətdir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir.