SumgaitLibrary

+994 186520087


Görüş

03.03.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Gənclər Kitabxanasının kollektivi və Gənclər evinin birgə təşkilatçılığı ilə oxucuların sevə-sevə mütaliə etdiyi və yaradıcılığını maraqla izlədiyi istedadlı yazar, Əməkdar jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü, Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü Varis Yolçuyevlə “3 mart Ümumdünya yazıçı günü” adlı görüş keçirilib. Tədbirin aparıcısı Gənclər kitabxanasının müdir v.m.i.e. Leyla Mahmudova bu günün yaranma tarixindən danışaraq qeyd edib ki, bu bayram 1921-ci ildən PEN klub (Playwrights Essayists Novelists) tərəfindən qeyd olunmağa başlayıb. Eyni adlı təşkilat PEN klub bizim ölkəmizdə də yaradılıb. Kifayət qədər tanınan adamların toplandığı təşkilatın üzvlərindən biri də həmşəhərlimiz, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat şurasının həmsədri, Nyu York Dünya Yazıçılar Konqresinin iştirakçısı Varis Yolçuyevdir. Sonra aparıcı yazıçının həyat və yaradıcılığı haqqında qısaca məlumat verərək, Varisin kitablarının sərgiləndiyi “Umumdünya yazıçılar günü” adlı sərgi ilə iştirakçıları tanış edib. Tədbir Varis Yolçuyevin çıxışı və iştirakçıların ünvanladığı sualları cavablandırılması ilə davam edib. Daha sonra MKS-nin direktor v.m.i.e. Natəvan Axundzadə çıxış edərək, Varis Yolçuyevə yaradıcılıq uğurları, oxucu sevgisi arzulayıb və istedadlı yazara dəvəti qəbul edib gəldiyinə görə təşəkkürünü bildirib.