SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

30.01.2023-cü il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda görkəmli ədib, siyasi və ictimai xadim, mütəfəkkir Məmməd Əmin Rəsulzadənin anadan olmasının 139 illiyi münasibətilə "Milli müstəqilliyimizin ideoloqu" adlı dəyirmi masa keçirilib.Tədbirdə kitabxananın oxucuları iştirak etdilər. Tədbiri kitabxananın multimedia mütəxəssisi Leyla Salmanova açaraq, M.Ə.Rəsulzadənin həyat və yaradıçılığını yad edib. Bildirib ki, Türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olan-Azərbaycan Demokratik Respublikası-deyilərkən ilk ağıla gələn Məmməd Əmin Rəsulzadə olur. Rəsulzadə Şərq dünyasında mübaliğəsiz söyləyə biləcəyimiz fövqəladə nadir insanlardan biri idi. Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadədir. Məmməd Əmin Rəsulzadə həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən,xalqımızın ölümsüz liderlərindəndir. M.Ə.Rəsulzadə daim Azərbaycanın var olacağına inanmış və "Bir kərə yüksələn bayraq bir daha enməz" demişdir.Tədbirdə çıxış edən diğər iştirakçılar da qeyd etdilər ki, Azərbaycan xalqı artıq əsarətə getməz! Xalqımızın milli istiqlaliyyət yolunda apardığı dönməz mübarizə bu fikrin müdrikliyinə bir sübutdur. Vurğulanıb ki, M.Ə.Rəsulzadənin ömür yolunu, örnək fəaliyyətini oxucularımızın diqqətinə çatdırmağı özümüzə borc bildik. Çünki xeyirxah ənənələr xatırlandıqca canlanar və yenidən yaşadılmağa səbəb olar. Biz M.Ə.Rəsulzadəni və silahdaşlarını Azərbaycanda, ehtiramla yad edirik və edəcəyik.