SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Bibliopress
28.01.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Mərkəzi Uşaq Kitabxanasında F.Priyev adına 18 nömrəli tam orta məktəbin 7 b sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan” jurnalının ilk nömrəsinin çapdan çıxmasının 100 illiyinə həsr olunan “Ədəbi fikir tariximizin nadir incisi” adlı bibliopress keçirilib. Tədbirdə kitabxananın multimedia üzrə böyük mütəxəssisi Nəzakət Əliyeva 1923-cü ilin yanvarından “Maarif və mədəniyyət” adı ilə nəşrə başlayan, adı ictimai-siyasi və ədəbi-mədəni həyatda baş verən hadisələrlə əlaqədar olaraq 6 dəfə dəyişdirilən “Azərbaycan” jurnalının milli mətbuatımızın inkişafında yeri və rolu, keçdiyi şərəfli yol, məqsəd və vəzifələrindən danışıb. O, məktəbliləri yarandığı gündən ədəbiyyatımızın güzgüsünə, Azərbaycan şair və nasirlərinin, dramaturq, publisist, tənqidçi və ədəbiyyatşünaslarının doğma ocağına çevrilmiş, öz yaşarı ənənəsinə XXI əsrdə də sadiq qalan jurnalın müxtəlif illərə aid nümunələrindən ibarət sərgi ilə tanış edib. Jurnalın daxili quruluşu, şöbələri ilə tanış olan məktəblilər müxtəlif ədəbi nəsillərin yaradıcılığından, dünya ədəbiyyatının ən gözəl nümunələrindən parçalar oxuyub. Tədbir Nəzakət Əliyevanın klassik irsin öyrənilməsi, ədəbiyyatşünaslıq və ədəbi tənqidin inkişafı, teatr, musiqi, kino, incəsənətin bütün sahələrini, dilimizin saflığı, dünya xalqlarının ədəbi-mədəni həyatına aid materialları daim işıqlandırılan “Azərbaycan” jurnalı haqqında hazırladığı videoçarxın nümayişi ilə bitib.