SumgaitLibrary

+994 186520087


“Elm və ədəbiyyat fədaisi”

27.01.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Mərkəzi Uşaq Kitabxanasında 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdlərinin iştirakı ilə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi F.Köçərlinin 160 illik yubileyi münasibətilə “Elm və ədəbiyyat fədaisi” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia üzrə baş mütəxəssisi Səbinə Qasımova F.Köçərlinin Azərbaycan ədəbiyyatşünaslığındakı əvəzolunmaz yeri və rolu, Azərbaycan uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri, pedaqoji kadr hazırlığında və ana dilinin saflığı uğrundakı fəaliyyəti haqqında məlumat verib. Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlərindən, həyat və yaradıcılığı haqqında yazılan kitab, qəzet və jurnal məqalələrindən ibarət “Sözlə tikilən sənət mülkü” adlı sərgi ilə məktəbliləri tanış edib. Sonra o, uşaqlarla birgə F.Köçərlinin xalqın müdrikliyinin, sevinc və kədərinin, adət-ənənələrinin parlaq şəkildə əks olunduğu, Azərbaycan folklorunun ilk antologiyası sayılan, eyni zamanda, həm uşaqlar, həm də böyüklər tərəfindən sevilə-sevilə oxunan “Balalara hədiyyə” kitabından təmsillər, tapmacalar, atalar sözləri, məsəllər, bayatılar, laylalar oxuyub.