SumgaitLibrary

+994 186520087


"Balalara hədiyyə"

26.01.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət Idarəsinə tabeli Hacı Zeynalabdin qəsəbə kitabxana filialı 19 saylı tam orta məktəbdə Azərbaycan alimi, tənqidçi və pedaqoqu Firidun bəy Köçərlinin anadan olmasının 160 illiyi ilə əlaqədar "Balalara hədiyyə" adlı tədbir keçirdi.Tədbirdə məktəbin 3- cü sinif şagirdləri və dərnək müəllimi Kəmalə Əsədova iştirak edirdi.Hacı Zeynalabdin qəsəbə kitabxana filialın əməkdaşı Reyhan Mustafayeva Firidun bəy Köçərlinin uşaq folkloru sahəsində böyük və əvəzolunmaz xidmətlərindən danışaraq qeyd etdi ki,"Balalara hədiyyə" kitabında daha çox hadisələr heyvanlar üzərində qurulur.Heyvanların xarakteri vasitəsilə uşaqlara nəyin yanlış, nəyin doğru oldugu açıb göstərilir.Daha sonra şagirdlər ədibin "Nazikbənazik- Tazikbətazik", "Tülkünün hekayəti","Tülkü və kəklik" nağılları ilə tanış oldular.