SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

23.01.2023 – cü il tarixində M.Ə.Sabir adına kitabxana filialı görkəmli Azərbaycan pedaqoqu, ədəbiyyatşünas və publisisti Firudin bəy Köçərilinin – 160 illiyi ilə əlaqədar olaraq 35 saylı tam orta məktəbin 8Ç sinifində ”Ədəbi fikir tariximizin böyük ziyalısı” adlı ədəbiyyat saatı keçirmişdi. Tədbiri giriş sözü ilə açan kitabxana filialın böyük mütəxəssisi Bəturə Lazımova Firudin bəy Köçərilinin həyat və yaradıcılığı haqqında məlumat vermişdi.F.Köçərili Azərbaycan mədəniyyəti tarixində böyük rol oynamış bir şəxsiyyətdir. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda maarif və mədəniyyətin inkişafı ilə əlaqədar olaraq bir çox ziyalılar M.Ş.Vazeh, S.Ə.Şirvani, A.Şaiq kimi F.Köçərlidə uşaq folkloru adı altında xüsusi nümunələr, o cümlədən xalq oyunları seçmiş, onların bəzilərini dərsliklərə daxil eləmiş və təbliğ etmişdir. Bu dərslilərin ən yaxşı nümunəsi isə 1912 – ci ildə çap olunmuş “Balalara hədiyyə” kitabı olmuşdur.Bir çox xalq oyunları” Çövkən”, “Motal – motal”, “Əl üstə kimin əli”,”Bənövşə bənövşəni” vəs. oyunları indi də uşaqlar, yeniyetmələr həvəslə oynayırlar. Zaman–zaman yaranıb araya - ərsəyə gəlmiş şifahi xalq ədəbiyyatı dəyərli əxlaqi fikirlər üzərində köklənmişdir. Bütün bunları qoruyub saxlayaraq balalarımıza ərmağan edən F. Köçərilinin “Balara hədiyyə” kitabında “Qarı və pişik”, “Xoruz və padşah”, "Şəngülüm, Məngülüm”, “Pıspısa xanım və siçan bəy”, “Göyçək Fatmanın nağılı” və s. verilmişdi. Xalq yaradıcılığının qaynar bulağından yetərincə bəhrələnən F. Köçərili qısa bir zaman kəsiyində həmin tükənməz çeşmədən damcı – damcı yığaraq atalar sözü və yanıltmacları toplayıb balalara hədiyyə etmişdir.