SumgaitLibrary

+994 186520087


Anım günü

19.01.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli M.Ə.Rəsulzadə adına Kitabxana filialda 15 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə 20 yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan “Milli məfkurəmizin oyanış günü" adlı anım günü keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasnın Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia üzrə mütəxəssisi Leyla Salmanova bildirib ki, Qanlı Yanvar faciəsindən xalqımızı 33 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşib, haqsızlıqlarla qarşılaşıb. Xalqımızın başına gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsi idi. Azərbaycan xalqını dəhşət və müsibətə düçar edən 20 Yanvar faciəsi bütün dünyada böyük əks-səda doğurub, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olub. Diqqətə çatdırılıb ki, XX əsrdə totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar qırğını Azərbaycan xalqına, ümumiyyətlə, humanizmə və insanlığa qarşı yönəldilən dəhşətli cinayətdir. Bununla bərabər, o müdhiş gecə tariximizə təkcə faciə kimi deyil, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, çağdaş milli azadlıq hərəkatının qəhrəmanlıq günü kimi daxil olub. Şagirdlərin bu günlə bağlı maraqlı fikirləri dinlənilib. Sonda bu matəm günü ərəfəsində biz bir daha çağdaş milli azadlıq mübarizəsinin öncülləri, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizə Allahdan rəhmət dilənib.