SumgaitLibrary

+994 186520087


Ədəbi - bədii kompozisiya

18.01.2023-cü il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nizami Gəncəvi adına Kitabxana klubda Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar "O şənbə gecəsi, o qətl günü" adlı ədəbi - bədii kompozisiya keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxananın böyuk mütəxəssisi Səadət Allahverdiyeva çıxış edərək xalqımızın başına gətirilən bu faciə haqqında danışıb və qeyd edib ki, indiki nəsil tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Sonra şagirdlər "Şəhidlər ölməz" "Şəhidlər xiyabanı", "Qar yağır şəhidlər xiyabanına" və bu faciəyə həsr olunan digər şeirlər söyləyib, "Qərənfilə dəyən güllə" şeiri əsasında kompozisiya ilə çıxış ediblər. Kitabxana əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videoçarx nümayiş olunduqdan sonra tədbir iştirakçıları kitabxanada təşkil olunan "20 Yanvar-Qanlı Yanvar" başlıqlı sərgi ilə tanış olublar. Sonda 28 nömrəli məktəbin müəllimi Pərvanə İbrahimova mövzu ilə bağlı çıxış edərək tariximizin bu cür silinməyən hadisələri haqqında keçirilən tədbirlərə görə kitabxana əməkdaşlarına minnətdarlığını bildirib.