SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

22.11.2022-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin əməkdaşları 5 nömrəli tam orta məktəbin 8a sinfində Azərbaycanın Dövlət mükafatı laureatı, xalq yazıçısı, ssenaristi, Əməkdar incəsənət xadimi Hüseyn Abbaszadənin 100 illiyi ilə əlaqədar “Nəsrimizə “General” bəxş etmiş ədib” adlı ədəbiyyat saatı keçirib. Tədbirdə kitabxananın multimedia üzrə mütəxəssisi Lalə Muradova görkəmli yazıçının həyat və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verərək qeyd edib ki, müasir Azərbaycan ədəbiyyatının tanınan simalarından olan Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlayıb .O, 60 ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini verib. Yazıçının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunan "General" romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir. Tədbir Hüseyn Abbaszadənin əsərlərindən ibarət sərgiyə baxışla sona yetib.