SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ədəbiyyat saatı
21.11.2022-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ə.Rəsulzadə adına Kitabxana filialında 15 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakıyla ərsəyə gələn tədbirdə müəssisənin multimedia üzrə mütəxəssisi Şərəf Əliyeva məlumat verərək bildirib ki, Azərbaycan oxucularına Hüseyn Abbaszadə imzası, bu imzadan sıyrılan neçə-neçə roman, povest, hekayə yaxşı tanışdır. Qeyd olunub ki, altmışıncı illərin əvvəllərində H.Abbaszadə “Azərbaycan” jurnalında “General” romanını çap etdirib və tezliklə bir yazıçı kimi məşhurlaşmağa başlayıb. Diqqətə çatdırılıb ki, Hüseyn Abbaszadənin “Burulğanlar”, “Əlibalanın ağır səfəri”, “Qayıdanlardan biri” adlı romanları da var. “Burulğanlar” romanına görə yazıçı Respublika Dövlət mükafatına layiq görülüb. 14 nömrəli tam orta məktəbin müəlliməsi Səbinə Musayeva çıxış edərək bildirib ki, Hüseyn Abbaszadə sağlığında həm Azərbaycanda, həm də keçmiş SSRİ məkanında tanınan bir yazıçı olub. Onun sağlığında doğma dilimizdə otuzdan çox kitabı çap olunub. Yazıçının məhşur “General” romanı Moskva və Sankt-Peterburq nəşriyyatlarında əlli min, yüz min tirajla çap olunub. Vurğulanıb ki, o, əsl milli yazıçı olub, çünki əsərlərində azərbaycanlı obrazları yaradıb, onların həyatını qələmə alıb, mənəvi əxlaqi problemlərdən söz açıb, milli-mənəvi dəyərləri təbliğ edib. Sonda tədbir iştirakçıları sərgidə nümayiş olunan kitablarla tanış olublar.