SumgaitLibrary

+994 186520087


“Uşaq hüquqları uşaqların gözündə”

21.11.2022–ci il tarixində M.Ə.Sabir adına kitabxana filialda kitabxanın fəal oxucularının iştirakı ilə ölkəmizdə ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixləri ərəfəsində keçirilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqları uşaqların gözündə” adlı maarifləndirici tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Miranə Allahverdiyeva qeyd etmişdir ki, Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı, hərtərəfli qayğı ilə əhatə olunması dövlət uşaq siyasətinin ayrılmaz tərkib hissəsi və başlıca prinsipləridir. O həmçinin qeyd edib ki, 20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiya uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən və iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyan mühüm beynəlxalq hüquqi sənəddir.Uşaq Hüquqları haqqında Konvensiya, Azərbaycanda uşaqlarla bağlı siyasət, uşaqların hərtərəfli inkişafı və keyfiyyətli təhsil almaları, yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması, milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyə edilməsi haqqında məlumat verib, mövzu ilə bağlı uşaqlara suallar ünvanlanıb, uşaqlar isə öz növbəsində verilən sualları cabalandırıblar.