SumgaitLibrary

+994 186520087


Rəsm müsabiqəsi

21.11.2022-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində H.Zeynalabdin qəsəbə Kitabxana filialı ilə birgə Şuşa ili çərçivəsində "Xarı bülbülün Vətəni Şuşa" adlı rəsm müsabiqəsi keçirilib. Tədbirdə məktəbin "Təsviri sənət" şöbəsinin müəllimi Nəsibə Şükürova, 2-ci sinif şagirdləri, kitabxana filialının əməkdaşı Reyhan Mustafayeva iştirak ediblər. İlk növbədə 44 günlük müharibədə qəhrəmanlıq zirvəsinə ucalan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra şagirdlər mövzu barədə çəkdikləri rəsmlər haqqında məlumat veriblər. Müsabiqədə 1-ci yerə Sahib Yəhyayev, 2-ci yerə Gülqız Hacızadə, 3-cü yerə isə Muhamməd Sadıqov layiq görülüb. Kitabxananın əməkdaşı da öz növbəsində "30 il həsrətində olduğumuz Şuşa sevinci" başlıqlı sərgi haqqında geniş danışıb. Nəsibə müəllimə belə tədbirlərin keçirilməsinin uşaqların həyatında mühüm rol oynadığını vurğulayıb. Sonda tədbir iştirakçılarının hər birinə kitab hədiyyə olunub.