SumgaitLibrary

+994 186520087


Şifahi məlumatlandırma

20.11.2022-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın Abonement bölməsində 20 noyabr-Qarakənd faciəsi ilə əlaqədar olaraq “Qarakənd faciəsi unudulmur”adlı şifahi məlumatlandırma keçirilmlşdir.Tədbirdə Abonement bölməsinin böyük mütəxəssisi Bela Quliyeva vurğulamışdır ki, Qarakənd faciəsi və ya 20 noyabr hadisəsinin növbəti ildönümüdür.1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub.Faciə nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular.