SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
İnformasiya saatı
20.11.2022-ci il tarixində Gənclər Kitabxanasında oxucu fəallarının iştirakı ilə "Qəhrəmanlarımızı tanıyaq və tanıdaq" layihəsində Azərbaycanın Milli Qəhrəmanı,Qarabağ müharibəsi şəhidi Gültəkin Əsgərovanın doğum günü ilə əlaqədar “Heykəlləşən qadın” adlı informasiya saatı keçirilmişdir.Multimediya mütəxəssisi Sürəyya Əbdürrəhmanova Gültəkin Əsgərovanın şərəfli ömür və döyüş yolundan söz açıb. Bildirib ki, Gültəkin Əsgərova hərbi həkim kimi onlarla insanın həyatını xilas edib, 1992-ci il iyunun 20-də Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşlərdə öz xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub və şəhidlik zirvəsinə ucalıb. Çııxışına davam edən multimediya mütəxəssisi vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 20 noyabr tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub, Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır və gəmidə onun muzeyi yaradılıb. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub, bundan başqa Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası adını daşıyır və kafedrada xatirə lövhəsi vurulub.