SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Mühazirə
19.11.2022-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nizami Gəncəvi adına Kitabxana klubda Ağdam və Kəlbəcər rayonlarının işğaldan azad olunmasının ikinci ildönümü ilə əlaqədar “Qədim yurd yerlərimiz” adlı mühazirə keçirilib. Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kitabxananın böyük mütəxəssisi Ayna Sadıxova 44 günlük müharibə zamanı Müzəffər Ordumuzun şücaəti ilə işğaldan azad olunan torpaqlarımız haqqında məlumat verib. Qeyd edib ki, Ermənistan işğal müddətində Kəlbəcər və Ağdam rayonunun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib. 2020-ci il Zəfər tariximizdən sonra üçtərəfli bəyanata əsasən noyabrın 20-si Ağdam, noyabrın 25-i isə Kəlbəcər rayonları heç bir itki vermədən geri qaytarılıb. Sonda tədbir iştirakçıları “Tarixi yurd yerimiz” adlı sərgidə nümayiş olunan kitablara tanış olublar.