SumgaitLibrary

+994 186520087


Payız bayramı

17.11.2022-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nizami Gəncəvi adına Kitabxana Klub 64 nömrəli “Novruzgülü” uşaq bağçası ilə birgə “Qızıl payız” adlı payız bayramı keçirib.İlk öncə kitabxananın əməkdaşı Mətanət Hacıyeva çıxış edərək payız fəsli haqqında uşaqlara maraqlı məlumatlar verib.Daha sonra uşaqların ifasında payız fəsli haqqında yazılan müxtəlif şeirlər səsləndirilib, maraqlı səhnəciklər, rəqs nömrələri nümayiş olunub.Sonda bağçanın təşkilatçı müəllimi Aybəniz xanım çıxış edərək belə tədbirlərin keçirilməsinin uşaqların maraq dairəsinin formalaşmasında mühüm rol oynamasını qeyd edib.