SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
“Kiçik yaşlı vətəndaş”
17.11.2022-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları 12 nömrəli tam orta məktəbdə 4b sinif şagirdlərinin iştirakı ilə ölkəmizdə ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixləri ərəfəsində keçirilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Kiçik yaşlı vətəndaş” adlı maarifləndirici tədbir keçiriblər. Tədbiri giriş sözü ilə açan kitabxananın baş mütəxəssisi Leyla Mahmudova bu günün təsis tarixi, əsas məqsədi, uşaq hüquqlarını qorumağa dair 54 maddədən ibarət ən mükəmməl beynəlxalq sənəd olan Uşaq Hüquqları haqqında Konvensiya, Azərbaycanda uşaqlarla bağlı siyasət, uşaqların hərtərəfli inkişafı və keyfiyyətli təhsil almaları, yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması, milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyə edilməsi haqqında məlumat verib, mövzu ilə bağlı uşaqların suallarını cavablandırıb. Sonra çıxış edən ibtidai sinif müəlliməsi İlhamə Axundzadə gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısının nəticəsində onların layiqli vətəndaş kimi böyüdüyünü, vətəninə sadiq vətənpərvər övladlar kimi yetişdiyini, otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən möhtəşəm qələbənin də uşaqların parlaq gələcəyi və işıqlı sabahı naminə əldə edildiyini xüsusi vurğulayıb. Tədbir “Kiçik uşaqların böyük hüquqları” adlı sərgidə nümayiş olunan kitablarla qısa tanışlıq və uşaqların keyfiyyətli təhsillə təmin edilməsindən bəhs edən videoçarxın izlənməsi ilə yekunlaşıb.