SumgaitLibrary

+994 186520087


“Mənim hansı hüquqlarım var”

16.11.2022-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi günü ilə əlaqədar Adil İbrahimli adına 14 saylı tam orta məktəbin 6-ci sinif şagirdlərinin iştirakı ilə “Mənim hansı hüquqlarım var” adlı tədbir keçiriblər. Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin multimedia üzrə mütəxəssisi Zübeydə Məmmədova açaraq bildirib ki, insan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 20 noyabr 1989-cu il BMT tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyası olub. Bu Konvensiyaya 193 ölkə daxil olub. Azərbaycan Respublikası Konvensiyanı 1992-ci ildə ratifikasiya edib. Konvensiyanın məzmunu, onun əsas ideyası uşaq şəxsiyyətidir. Mühüm prinsipi isə irqi ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən asılı olmayaraq, öz hüquqlarından istifadə etməlidirlər. Azərbaycan dövləti də bu Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çalışır. Bu sahədə Azərbaycan Respublikasının əsas milli sənədi olan “Uşaq hüquqları haqqında” qanun 19 may 1998-ci ildə qəbul olunub. Sonda tədbir iştirakçılarına “Hüquqlarınızı bilirsinizmi” adlı sərgidə nümayiş olunan ədəbiyyatların xülasəsi verilib.